SON DƏQİQƏ

Mitinq zamanı dəyən ziyan açıqlandı

Tarix:

22-10-2019, 16:27

/ 1 839 dəfə oxundu.
Mitinq zamanı dəyən ziyan açıqlandı

Barselona rəhbərliyinin ilkin hesablamalarına görə, etiraz aksiyalarından dəyən zərər 2,7 milyon avro ola bilər.

GunAz.az  xəbər verir ki, bu barədə "El Pais" qəzeti yazır.

Qeyd olunur ki, bu məbləğə zədələnmiş konteynerlərin, küçə infrastrukturunun, avtomobillərin, motosikllərin, evlərin və restoranların təmir xərcləri daxildir. Daha 500 min avro isə hotel sahiblərinin itkiləri kimi qiymətləndirilir.

Bundan əvvəl Kataloniyanın müxtəlif şəhərlərində bir həftə davam edən etiraz aksiyaları zamanı 289 nəfərin zərər çəkdiyi, iğtişaşlarda iştirak edən 199 nəfərin tutulduğu bildirilmişdi. Barselonada kütləvi etirazlar 2017-ci ildə müstəqillik referendumu iddiası ilə katalon siyasətçilərinin mühakiməsindən sonra başlayıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ