SON DƏQİQƏ

Bakıda ağır qəza: 11 nəfər yaralandı

Tarix:

7-10-2019, 10:19

/ 1 403 dəfə oxundu.
Bakıda ağır qəza: 11 nəfər yaralandı

Bakıda ağır yol qəzası baş verib.

GunAz.az xəbər verir ki, hadisə oktyabrın 7-də səhər saatlarında Qala -Pirallahı yolunda (Zirə Bolmarketin yanı) qeydə alınıb.

Hadisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9 ilkin tibbi yardımdan sonra ambulator müalicəyə göndərilib. İki nəfərin müalicəsi davam edir. Həkimlər xəastəxanada qalan iki nəfərin vəziyyətini orta-ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur.

N.SAFURA

скачать dle 12.1

Şərhlər