
Paytaxtın Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
GunAz.az xəbər verir ki, "Nargilə" kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub.
Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, iki nəfər yaralanıb, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib:
"Qəza nəticəsində iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həkimin verdiyi məlumata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub. Ağır vəziyyətdə olan yaralılar 3 saylı Şəhər Xəstəxanasına aparılıb".