SON DƏQİQƏ
» » Fədayə Laçının bacısı: Prezidentə təşəkkür edirəm

Fədayə Laçının bacısı: Prezidentə təşəkkür edirəm

Tarix:

1-10-2019, 08:17

/ 1 466 dəfə oxundu.
Fədayə Laçının bacısı: Prezidentə təşəkkür edirəm

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçının cəzası 2 ilə endirilib. Belə çıxır ki, müğənni təxminən bir ay sonra azadlığa çıxacaq.
Avromedia.az xəbər verir ki, məsələ ilə bağlı müğənninin bacısı İlahə Fəda açıqlama verib. 
O, məhkəmənin qərarından şoka düşdüyünü deyib: "Sevincimiz o qədər böyükdür ki, başqa heç nə danışa bilmirəm. Başda Cənab Prezident olaraq hər kəsə təşəkür edirəm. Yaxşı ki, varsınız”.
Xatırladaq ki, Fədayə Laçın 2017-ci il oktyabrın 23-də sevgi münasibətində olduğu "Qoca” ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək, 5 il müddətinə azadlıqdan məhrum edilib. 
Həmin il xalq artistləri Alim Qasımov, Aftandil İsrafilov, Arif Babayev, Mənsum İbrahimov, Zaur Rzayev, Rafiq Hüseynov, Nazpəri Dostəliyeva, İlqar Muradov və Səkinə İsmayılova biraraya gələrək, ölkə prezidentinə və birinci xanıma müraciət etmişdilər, müğənninin azad olunmasını, bağışlanılmasını xahiş etmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ