SON DƏQİQƏ
» » Vilayət Eyvazov bir şöbədən üç nəfəri işdən çıxardı - Nöqsanlara görə

Vilayət Eyvazov bir şöbədən üç nəfəri işdən çıxardı - Nöqsanlara görə

Tarix:

25-09-2019, 12:01

/ 1 322 dəfə oxundu.
Vilayət Eyvazov bir şöbədən üç nəfəri işdən çıxardı - Nöqsanlara görə

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. 

GunAz.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Məmmədov, onun müavini, polis mayoru İlkin Ələkbərov və polis mayoru Rəşad İsmayılov işindən azad edilib. 

Sabunçu rayon Polis İdarəsinin üç vəzifəli şəxsinin işdən çıxarılmasına səbəb onların işlərində yol verdikləri ciddi nöqsanlardır.

Onlar sərəncama götürülüblər.

N.SAFURA

скачать dle 12.1

Şərhlər