SON DƏQİQƏ

Usubov Şeyxin qohumuna vəzifə verdi

Tarix:

3-05-2019, 16:16

/ 198 dəfə oxundu.
Usubov Şeyxin qohumuna vəzifə verdi

Yevlax rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis müavini təyin edilib.

ONA xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Daşqın Məhər oğlu Quliyev Yevlax rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

D.Quliyev buna kimi Balakənin rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi olub.

***

Daxili işlər orqanlarında yeni təyinat olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Əli Şərif oğlu Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölmənin rəis müavini təyin edilib.

Qeyd edək ki, Ə. Əsədullayev İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayev oğlu, Şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur.

Xatırladaq ki, 13-cü polis bölməsinin bundan əvvəlki rəis müavini, polis mayoru Mehman Əsədov bu ilin fevral ayında ölkədən qaçarkən tutulub. O, dələduzluqda ittiham olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ