SON DƏQİQƏ

Həzin səsli xanəndəmizi tanıyaq VİDEO

Tarix:

23-09-2019, 15:37

/ 1 232 dəfə oxundu.
Həzin səsli xanəndəmizi tanıyaq VİDEO

Azərbaycan mədəniyyətini, musiqisini, incəsənətini inkişaf etdirən, mahnılarımızı, muğamlarımızı yüksək zirvələrə qaldıran istedadlı sənətkarlarımız təbii ki, az deyil.

Musiqi dünyamızı işıqlandıran, mahnılarımızı, muğamlarımızı öz həzin səsiylə xalqa çatdıran Qalib İsmayıllı haqqında söhbət açmaq istəyirəm.Həzin səsli xanəndəmizi tanıyaq VİDEO

Qalib Gülalıyev 1968-ci il may ayının 1-də İsmayıllı rayonunun Zərnava kəndində kolxozçu ailəsində anadan olmuşdur. Uşaqlıqdan musiqiyə həvəsi, dediyi kimi atasından keçmişdir. Atası Hatəm kişinin gözəl səsi olduğundan ailəsində, qohumların yığıncaqlarında, ətrafında olan dostların ad günlərində mahnılar, təsniflər oxuyarmış. Atasının səsini yaşatmaq və musiqiyə, mahnıya duyumu olan Qalibdə böyük həvəs oyadır. 1975- ci ildə oxuduğu Zərnəva kənd orta məktəbinin öz fəaliyyət dərnəyində fəal iştirakçılardan biri olur. Bu həvəs onu İsmayıllı rayon mərkəzi mədəniyyət incəsənət dərnəyinə gətirib çıxarır.

Musiqi təhsili tam olmadan öz fəaliyyət dərnəklərində iştirak etməsi, qeyri-adi səsi ilə mahnılar ifa etməsi çoxlarının təəccübünə səbəb olur.

1979-cu ildə rayon mahnı festival bayramında ilk oxuduğu "Şahnaz" təsnifi böyük alqışlarla qarşılanmışdır. İlk müəllimi Şirvanın adlı-sanlı aşığı Dədə Şamildən dərs alır. Böyük sənətkarlarımız Hacıbaba Hüseynov, Ağaxan Abdullayev, Arif Babayevin pərəstişkarı olub, Ağaxan müəllimdən musiqinin dərin sirlərini öyrənməklə böyük dərs alır.

 Üç ay “Dostluq” ansamblının rəhbərliyi ilə Rusiyanın bir çox şəhərində Sankt-Peterburqda, Kazanın minilliyində, Omskda, Ulan-ude şəhərinin Kabaniski rayonunda Azərbaycan Diasporundakı həmkarları ilə birlikdə xalq mahnılarımızı, muğamlarımızı böyük məharətlə ifa edib konsert vermişdi.

Qalib Gülalıyev "Toylar kralı" layihəsinin İştirakçısı olub. Dəfələrlə kanallara dəvətlər alıb müsahibə verib, "AzTV", Xəzər", Space", "Dünya TV", "Lider" də tədbirlərdə iştirak edərək, mahnılar oxuyub.

Hazırda İsmayıllı rayon Mədəniyyət şöbəsində "Niyal" xalq ansamblında çalışır. Rayonun böyük tədbirlərində, Prezident seçkilərində və bir çox mərasimlərdə yüksək səviyyədə çıxışlar edib.

“Toylar kralı” statusu alan Qalib İsmayıllı demək olar Azərbaycanın bütün rayonlarına toylara dəvət alır. Onu hətta qonşu İran İslam Respublikasına, Təbriz və Ərdəbil şəhərlərinə dəvət edirlər.

Uzun illər musiqimizin inkişafında böyük əməyi olan tanınmış müğənni Qalib İsmayıllı xalqın, el-obanın hörmətini qazanmış və dostlarının, həmkarlarının sevimlisinə çevrilmişdir.

Şeyla Nəsirova

GunAz.az

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ