SON DƏQİQƏ
» » Zümrüd Yağmurdan qızının atası barədə dediklərinə - Reaksiya

Zümrüd Yağmurdan qızının atası barədə dediklərinə - Reaksiya

Tarix:

20-09-2019, 09:04

/ 3 712 dəfə oxundu.
Zümrüd Yağmurdan qızının atası barədə dediklərinə - Reaksiya

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur qızı Selcan Yağmurun atası ilə bağlı açıqlamasını təsdiqləyib.

Axar.az xəbər verir ki, o bu barədə Feysbukda yazıb.

"Bu gün mən kifayət qədər səbirli davrandım. Amma Selcanı mental xəstə çıxarmağa çəhd edənlər, qarşınızda mən varam. Selcan nə xəstədir, nə də yalançı...18 yaşlı bir gənci linç edənlər, sizin vicdanınız varmı ki, ona xitab edim?" – o qeyd edib.

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur ötən gün sosial şəbəkədə atasının ailədə şiddət, zorakılıq tətbiq etdiyini, illərlə buna dözməyə məcbur olduqlarını, indi isə atasından imtina etdiyini, anası, tanınmış yazar Zümrüd Yağmurun isə boşanmaq üçün məhkəməyə müraciət etdiyini yazıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ