SON DƏQİQƏ
» » Deputat: “Bu gün kəndlərdə kişilərin çoxu vaxtlarını çayxanlarda keçirir”

Deputat: “Bu gün kəndlərdə kişilərin çoxu vaxtlarını çayxanlarda keçirir”

Tarix:

17-09-2019, 15:44

/ 1 269 dəfə oxundu.
Deputat: “Bu gün kəndlərdə kişilərin çoxu vaxtlarını çayxanlarda keçirir”

"Mədəni inkişafı artıq yerlərə də yönəltməliyik. Mədəni inkişaf dedikdə də əsasən kitabxanlar, muzeylər, mədəniyyət evləri nəzərdə tutulur. Ölkədə mədəniyyət sahəsində görülən işlər, uğurlar göz qabağındadır. Bu yaxınlarda elə bir mədəniyyət obyektinə, muzeyə rast gəldim ki, gözlərimə inanmadım. Çox gözəl idi. Heç Bakıda beləsi yoxdur. Amma bununla belə, yerlərdə kitabxanların, muzeylərin vəziyyəti heç də ürəkaçan deyil. Xüsusilə də, kitabxanaların vəziyyəti narahatedicidir". "Olaylar" xəbər verir ki, bunu parlamentin Mədəniyyət komitəsinin iclasında millət vəkili, Xalq yazıçısı Elmira Axundova deyib. Onun sözlərinə görə, bu baxımdan, yerlərdə mədəniyyət obyektlərinin sayının artırılmasına, mədəni inkişafın sürətləndirilməsinə ciddi diqqət yetirilməlidir: "Bu gün kəndlərdə kişilərin, gənclərin, cavanların çoxu vaxtlarını çayxanlarda keçirir. Buna hamımız şahidik, heç kimə sirr deyil. Amma yerlərdə mədəniyyət obyektlərinin sayı artırılarsa, onlar müasirləşdirilərsə, həmin insanların çoxu vaxtlarını çayxanalarda keçirməz". Adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov da millət vəkilinin fikirləri ilə razılaşıb, xatırladıb ki, ölkə prezidentinin siyasətinin əsasında dayanan məqamlardan biri də inkişafın təkcə paytaxtdan deyil, bölgələrdən başlanılması məsələdir: "Cənab prezident də hər zaman inkişafın təkcə Bakıdan deyil, həm də yerlərdən başlanılmasını vacib hesab edir. Bu istiqamətdə də görülən işlər, atılan addımlar hamımızın gözü qarşısındadır. Amma hesab edirəm ki, yerlərdə gənclərlə, cavanlarla bağlı məsələ düşündürücüdür. Çayxanlar bu gün onların "əsas" söhbət-müzakirə yeridir. Hesab edirəm ki, bu, düzgün deyil. Biz layiqli vətəndaşlar yetişdirməliyik. Dövlətimizin, xalqımızın, inkişafımızın gələcəyi üçün savadlı, daha dünyagörüşlü gənclər, cavanlar yetişdirilməlidir. Ona görə yerlərdə mədəni səviyyənin yüksəldilməsi, mədəniyyət sahəsinin inkişafı çox vacibdir. Çayxanlarla uzağa getmək olmaz".

скачать dle 12.1

Şərhlər