SON DƏQİQƏ
» » Qəzet köşklərində kitab satışını genişləndirmək təklif olunur

Qəzet köşklərində kitab satışını genişləndirmək təklif olunur

Tarix:

17-01-2019, 12:19

/ 10 266 dəfə oxundu.
Qəzet köşklərində kitab satışını genişləndirmək təklif olunur

Azərbaycanda qəzet köşklərində kitab satışını genişləndirmək təklif olunur.

GunAz.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin iclasında deputat Aqil Abbas deyib.

Millət vəkili bölgələrdə kitabxanaların fəaliyyətindən narazılığını bildirib: "Bəzi rayonlarda kitabxanaların sayı qənaətbəxş səviyyədə deyil. Elə rayon mərkəzi var ki, orada 2-3 kitabxana var, eləsi də var ki, kitabxana yoxdur".

O əlavə edib ki, rayonlarda kitab mağazaları da azdır: "Heç olmasa, qəzet köşklərində kitab satışını genişləndirmək olar. Hər rayonda ən azı 1-2 qəzet köşkü var”.

A.Abbas elektron kitabxanaların artırılmasının vacibliyini də vurğulayıb: "Ümumiyyətlə, kitabxana məsələsi ən ciddi məsələlərdən biridir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ