SON DƏQİQƏ
» » Soyğunçuluğa görə axtarışda olan şəxslər yaxalandı

Soyğunçuluğa görə axtarışda olan şəxslər yaxalandı

Tarix:

4-09-2019, 21:37

/ 1 200 dəfə oxundu.
Soyğunçuluğa görə axtarışda olan şəxslər yaxalandı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən soyğunçuluq ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən GunAz.az-a bildiriblər ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi və Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan E.Qarayev saxlanılıb.

Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan R.Sadıxov yaxalanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ