SON DƏQİQƏ

Seymur Həzi azadlığa buraxıldı

Tarix:

29-08-2019, 09:13

/ 1 959 dəfə oxundu.
Seymur Həzi azadlığa buraxıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi azad edilib.

GunAz.az xəbər verir ki, o, həbs müddətinin başa çatması ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb.

скачать dle 12.1

Şərhlər