SON DƏQİQƏ

Maşallah Əhmədov azadlığa buraxıldı

Tarix:

9-10-2017, 07:17

/ 1 771 dəfə oxundu.
Maşallah Əhmədov azadlığa buraxıldı

Həbsdə olan tanınmış futbolçu Maşallah Əhmədov azadlığa buraxılıb.

Dələduzluqda təqsirləndirilərək 2 il müddətinə azadlıqdan məhrum edilən tanınmış futbolçu Maşallah Əhmədov azadlığa çıxıb. O, oktyabrın 7-də sərbəst buraxılıb.

Gunaz.az xəbər verir ki, M.Əhmədov vaxtından 2 ay əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Bildirək ki, M.Əhmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində elan olanmuş 8 illik cəzadan apellasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmışdı.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilən qərarla onun cəzası 2 ilə endirilmişdi.

Qeyd edək ki, Əhmədov Yusif Əzizova olan 128 min borcunu ödəmədiyi üçün həbs edilib.

M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib.

M.Əhmədovun sözünə əməl etmədiyi və həmin şəxslərin pulunu qaytarmadığı deyilir.

Məlumat üçün bildirək ki, Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasınıyerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndərCavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.(Musavat.com)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ