SON DƏQİQƏ

Binəqədi polisindən xüsusi əməliyyat

Tarix:

28-08-2019, 14:58

/ 1 856 dəfə oxundu.
Binəqədi polisindən xüsusi əməliyyat

Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları Binəqədi qəsəbəsinin müxtəlif istiqamətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən GunAz.az-a bildiriblər ki, kompleks əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum edilmiş Yasamal rayon sakini Azər Misdimov, Binəqədi rayon sakinləri Alxan Quliyev və Əlibaba Baxışov, həmçinin Xızı rayon sakini əvvəllər məhkum olunmuş Yavər Qasımov saxlanılıblar. Onların üzərilərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə yüksək təsiredici xassəyə malik heroin aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı 43-cü polis bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ