SON DƏQİQƏ
» » Bakıya qarşı texnoloji müharibə aparılır – Millət vəkili

Bakıya qarşı texnoloji müharibə aparılır – Millət vəkili

Tarix:

22-08-2019, 09:00

/ 1 266 dəfə oxundu.
Bakıya qarşı texnoloji müharibə aparılır – Millət vəkili

Azərbaycana qarşı aparılan bu kampaniyanın əsas məqsədi Azərbaycan dövlətini və cəmiyyətini dağıtmaq, min illər ərzində formalaşmaşı milli ənənələri məhv etmək və son nəticədə dövlətdən və milli ənənənələrdən məhrum olmuş müdafiəsiz azərbaycanlıları idarə etməkdir.

GunAz.az xəbər verir ki, bu sözləri millət vəkili Tahir Mirkişili deyib. O bildirib ki, bu prosses ən müxtəlif və müasir texnologiyalar ilə aparılır, xeyli maliyyə vəsaiti xərclənir, digər ölkələrlə sınaqdan çıxmış dağıdıcı texnoloji və psixoloji alətlərdən istifadə olunur:

“Bu kampaniyalar bütövlükdə Azərbaycana qarşı aparılan texnoloji müharibədir. Bu müharibəni maliyyələşdirən, saxta və ya qəsdən dəyişdirilmiş informasiyalar ilə təmin edənlər Azərbaycanın müstəqilliyini, regionda mövcudluğunu, güclü və firavan olmasını istəməyən qüvvələrdir. Onlar həm ölkə xaricində, həm də ölkə daxilində mövcuddurlar. Ümumiyyətlə, bu qüvvələrin əsas məqsədi nəinki dövləti, bütövlükdə hakimiyyəti, sağlam müxalifəti, ziyalıları, parlament üzvlərini gözdən salmaq və beləliklə də ölkədə sağlam inkişaf mühitinin güclənməsini imkan verməməkdir. Düşünürəm ki, bu texnoloji müharibədə döyüşmək, mübarizə apararaq bu qüvvələrin istəyinə, az da olsa, nail olmalarına imkan verməmək hər bir Azərbaycan vətəndaşının borcudur. Çünki texnoloji dünya artıq reallıqdır, bu dünyanın sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ