Bu gün bir neçə ərazidə qazın verilməsində fasilələr yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, orta təzyiqli qaz xətlərində sazlama işlərinin aparılması məqsədilə saat 10:00-dan etibarən Sabunçu rayonu, Maştağa qəsəbəsində, saat 12:00-dan etibarən Binəqədi rayonunun bir hissəsi və bir neçə sənaye müəssisəsində təbii qazın təchizatı dayandırılacaq.
Həmçinin saat 14:00-dan etibarən Beyləqan rayonunun mərkəzində qaz təchizatında fasilələr olacaq.