SON DƏQİQƏ
» » Bəzi ərazilərin qaz təchizatında fasilə olacaq

Bəzi ərazilərin qaz təchizatında fasilə olacaq

Tarix:

9-08-2019, 10:39

/ 1 326 dəfə oxundu.
Bəzi ərazilərin qaz təchizatında fasilə olacaq

Bu gün “Qaz İxrac” İdarəsinin balansında olan “Ağcabədi-Beyləqan” magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi və bəzi quraşdırma işlərinin icrasına başlanılıb.

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına əsasən, bu məqsədlə saat 10:00-dan işlər başa çatanadək Beyləqan rayon mərkəzində, eləcə də bir neçə kənd və qəsəbədə qaz təchizatı dayandırılır.

Saat 14:00-dan etibarən işlər başa çatanadək Yevlax rayonunun bir neçə yaşayış sahəsində də qaz məhdudiyyətləri tətbiq olunacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz xəttində sazlama işləri aparılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ