SON DƏQİQƏ

Bu gün 6 rayonda qaz olmayacaq

Tarix:

6-08-2019, 11:01

/ 1 278 dəfə oxundu.
Bu gün 6 rayonda qaz olmayacaq

Bu gün səhər saat 09:00-dan 2 gün müddətinə Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz xəttində təmir işləri planlaşdırılıb.

Azəriqaz İstehsalat Birliyindən GunAz.az-a verilən məlumata görə, bu müddət ərzində Ağsu, Kürdəmir, İsmayıllı və Göyçay rayonlarının bir neçə qəsəbə və kəndində qaz təchizatı dayandırılıb.

Bundan başqa saat 10:00-dan 18:00-a qədər Qazax rayonunun mərkəzində də qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bu zaman kəsiyində qaz xətlərində aşkarlanmış qaz sızmalarının ləğvi, korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri icra olunacaq.

Bu gün saat 14:00-dan etibarən işlər başa çatanadək Beyləqan rayonunun bir neçə kəndində də qaz təchizatı dayandırılacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz kəmərində sazlama işləri aparılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ