SON DƏQİQƏ

"Sibiryak” Hacıqabulda tutuldu

Tarix:

10-08-2019, 16:54

/ 1 333 dəfə oxundu.
"Sibiryak” Hacıqabulda tutuldu

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-dən GunAz.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş, "Sibiryak” ləqəbli Vüqar Səmədov saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman 31 bükümdə olan heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirinin davamı olaraq ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ