SON DƏQİQƏ
» » Vaşinqtondan Paşinyana tapşırıq: savaş variantı seçildi

Vaşinqtondan Paşinyana tapşırıq: savaş variantı seçildi

Tarix:

7-08-2019, 21:34

/ 791 dəfə oxundu.
Vaşinqtondan Paşinyana tapşırıq: savaş variantı seçildi

Avqustun 5-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunun Xankəndi şəhərində çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan reallıqdan çox uzaq, populist bəyanatlar səsləndirib.

GunAz.az xəbər verir ki, Nikol Paşinyan çıxışı zamanı Qarabağın Ermənistanın ayrılmaz tərkib hissəsi olduğunu dilə gətirib.

Erməni liderin bu sözlərinə rəsmi Bakıdan cavab gecikməyib. Azərbaycan XİN bəyanatında Nikol Paşiyanın bu fikirlərinin erməni liderin həqiqi simasını üzə çıxardığı bildirilib.

Paşinyanın sözügedən bəyanatı ilə bağlı həmçinin bir çox beynəlxalq ekspertlər də öz fikirlərini səsləndiriblər. Ukrayna və rusiyalı politoloqlar Ermənistan baş nazirinin bu fikirlərlə öz vətənində xal toplamağa çalışdığını qeyd ediblər.

Paşinyanın sözügedən fikirlərinə azərbaycanlı alim, professor Kamran Rüstəmov da münasibət bildirib və erməni liderə Vaşinqtondan tapşırıq verildiyini söyləyib.

“Burada iki variant var: ya Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan torpaqlarını qaytarmaqla Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq əsasında regional iqtisadi prosesləri nəzərə alaraq inkişaf edən bir Ermənistan qurmaq, ya da Rusiya və Türkiyənin cəlb olunduğu müharibə başlatmaq”, - azərbaycanlı alim Feysbuk hesabında yazıb.

Ekspertin sözlərinə görə, Paşinyanın fəaliyyətləri onun ikinci variantı seçdiyini göstərir:

“Azərbaycan nə ilə cavab verəcək? Bu halda Rusiya və Türkiyə özlərini necə aparacaq? Hər 3 ölkə üçün yeganə düzgün seçim birlikdə Ermənistana dəli köynəyini geyindirməkdir! Dağlıq Qarabağ ermənilərinə isə mesaj göndərmək lazımdır: sülh içində yaşamaq istəyirsinizsə - yaşayın, istəmirsinizsə, hələ ki mövcud olan Ermənistana gedin! Başqa alternativ yoxdur!”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ