SON DƏQİQƏ

Məmmədyarovdan Paşinyana CAVAB

Tarix:

25-10-2018, 14:39

/ 10 325 dəfə oxundu.
Məmmədyarovdan Paşinyana CAVAB

"Hansısa bəyanat veriləndə həmin şəxs nə dediyini düşünməlidir. İlk növbədə ortada sənədlər var. ATƏT-in Minsk qrupunun mandatını oxumaq lazımdır. Burada açıq şəkildə yazılıb ki, münaqişədə tərəf Ermənistan və Azərbaycandır və danışıqlar da bu iki dövlətin arasında gedir".

GunAz.az Publika -ya xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu cür bəyanatlar Nikol Paşinyan tərəfindən ilk dəfə səsləndirilmir: "O ki qaldı Dağlıq Qarabağ icmasına, onlar burada maraqlı tərəfdirlər. Əgər belədirsə, burada da Azərbaycan icmasının olduğu nəzərə alınmalıdır".

Qeyd edək ki, Ermənistanda baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan parlamentin baş nazirin seçilməsi ilə bağlı keçirilən xüsusi iclasında çıxışı zamanı absurd fikirlərini davam etdirib. O qeyd edib ki, Dağlıq Qarabağ “hakimiyyəti” danışıqlar masasında iştirak etmədiyi müddətdə münaqişənin həlli uzaqdadır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ