SON DƏQİQƏ
» » Diş həkimi xəstəni komaya saldı: Nazirlikdən açıqlama

Diş həkimi xəstəni komaya saldı: Nazirlikdən açıqlama

Tarix:

2-08-2019, 17:20

/ 1 339 dəfə oxundu.
Diş həkimi xəstəni komaya saldı: Nazirlikdən açıqlama

Cəlilabad rayonunda dişini çəkdirmək istəyən qadın komaya düşüb.

Report-un məlumatına görə, rayon sakini 1991-ci il təvəllüdlü Şahbazova Könül Bavədar qızı dişin çəkdirmək üçün rayonda yerləşən stomatoloji məntəqələrdən birinə gedib.

Məntəqədə çalışan diş həkimi onun dişin keyitmək məqsədi ilə 3 iynə vurub. Qadının dişi çəkilən zaman o huşunu itirib. Daha sonra xəstə xəstəxanaya çatdırılıb. Həkimlər qadının vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

***

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov Axar.az-a açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

"Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına Könül Şahbazova adlı xəstə müraciət etməyib. Ümumiyyətlə belə bir hadisə də baş verməyib. Bəzi saytlarda həmin xanımın yaşadığı ünvan da qeyd olunmuşdu. Biz araşdırma apardıq və həmin ünvanda olduq. Məlum oldu ki, Vüqar Mürsəlov 44 ünvanında yaşadığı qeyd olunan Könül Şahbazova adlı qadın bir neçə il bundan əvvəl ailə həyatı qurub və başqa ünvanda yaşayır".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ