SON DƏQİQƏ

Cəlilabadda 35 yaşlı kişini maşın vurub

Tarix:

15-12-2017, 19:30

/ 613 dəfə oxundu.
Cəlilabadda 35 yaşlı kişini maşın vurub

Cəlilabad rayonunda 35 yaşlı piyadanı avtomobil vurub.

Gunaz.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Cəlilabad-Uzuntəpə avtomobil yolunda qeydə alınıb.

Belə ki, rayonun Şorbaçı kənd sakini, 35 yaşlı Samir Ədalət oğlu Mirzəyevi yolu keçmək istəyən zaman “VAZ-21011” markalı avtomobil vurub. Ağır yaralanan piyada Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin ayaqlarından birinin amputasiya olunması gözlənilir.

Faktla bağlı araşdırma aparılır. (report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ