SON DƏQİQƏ

Bərdədə bostan bitkiləri yoxlanılıb

Tarix:

1-08-2019, 18:26

/ 1 842 dəfə oxundu.
Bərdədə bostan bitkiləri yoxlanılıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika üzrə fitosanitar müşahidələri davam etdirir.

Agentlikdən GunAz.az-a verilən məlumata görə, növbəti müşahidələr Bərdə rayonunun Xəsili və Lənbəran kəndində bostan bitkiləri əkilən sahələrdə həyata keçirilib.

Müşahidələr zamanı əkin sahələrində nitratester vasitəsilə bostan bitkilərində (qarpız,yemiş və s.) nitrat və nitritin qalıq miqdarı yoxlanılıb.

Təsərrüfat sahiblərinə aqrokimyəvi maddələrdən istifadə qaydaları ilə bağlı maarifləndirici məlumatlar verilib.

Bildirlib ki, torpağın aqrokimyəvi analizi aparılmadan ammonium nitrat gübrəsinin normadan artıq verilməsi bitkilərdə, xüsusilə qarpız və yemişdə nitrat və nitritin qalıq miqdarının normadan artıq yığılmasına səbəb olur. Bu da insan orqanizmində bəzi fəsadlara gəririb çıxara bilər. Buna görə də aqrokimyəvi maddələrdən istifadə edərkən diqqətli olmaq və müəyyən edilən normanı keçməmək lazımdır.

Qeyd edək ki, Agentlik tərəfindən əhalinin sağlamlığını qorumaq və təhlükəsiz qida məhsulları ilə təmin etmək məqsədi ilə müşahidələr mütəmadi olaraq davam etdiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ