SON DƏQİQƏ

OBA marketdə yanğın: polis qarşısını aldı

Tarix:

1-08-2019, 12:24

/ 1 864 dəfə oxundu.
OBA marketdə yanğın: polis qarşısını aldı

Bakıda marketdə (OBA market) baş verən yanğının böyüməsinin və yaşayış evlərinə keçməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.

Daxili İşlər Nazirliyindən GunAz.az-a verilən məlumata görə, gecə saatlarında Binəqədi rayonu ərazisində xüsusi texniki avadanlıqlarla qorunan marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə Həyəcan siqnalı daxil olub. Dərhal Binəqədi Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıb və marketin daxilində yanğın baş verdiyi müşahidə edilib. Alovun qısa zamanda böyüməsinin və ətraf ərazilərdə olan yaşayış evlərinə keçməsinin qarşısını almaq üçün dərhal polis əməkdaşları vaxt itirmədən həyatlarını təhlükə altına qoyaraq obyektin qapısını sındırıb içəri daxil olublar. Qısa zamanda yanının qarşısı polislərin səyi nəticəsində alınıb və yanğının geniş miqyasda yayılmasına imkan verilməyib.

Obyektə baş verən yanğının səbəbləri araşdırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ