
Biləsuvar rayonunda 10 otaqlı evdə yanğın olub.
GunAz.az xəbər verir ki,hadisə Biləsuvar rayonunun Bəydili kəndində vətəndaşa məxsus fərdi yaşayış evində baş verib.
Ümumi sahəsi 480 kv metr olan 10 otaqlı evin 2 otaqı,əşyaları ilə birlikdə yanaraq yarasız hala düşüb.Hadisə yerinə gələn Biləsuvar rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları tez bir zamanda yanğının qarşısını alaraq alovun yaxınlıqldakı tikililərə keçməsinin qarşısını alıb.
İlkin ehtimallara görə hadisəyə elektrik naqillərində yaranan qısa qapanma səbəb olub. Faktla bağlı araşıdırma aparılır.