SON DƏQİQƏ

Balakəndə əməliyyat: narkotik, silah, pul...

Tarix:

31-07-2019, 14:06

/ 1 308 dəfə oxundu.
Balakəndə əməliyyat: narkotik, silah, pul...

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olmaqda şubhəli bilinən rayon sakini, 37 yaşlı Seymur Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən GunAz.az-a verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş yaş çəkisi 6 kiloqrama yaxın təşkil edən hündürlüyü 26-90 sm olan 95 ədəd çətənə kolları, yaşadığı evdən isə ümumi çəkisi 540 qram olan qurudulmuş marixuana, 5 qram həşiş, həmçinin 27 min ABŞ dolları, 1 ədəd ov tüfəngi, 1 ədəd tir tüfəngi, çoxlu sayda patronlar və narkotik maddə hazırlamaq üçün istifadə olunan xüsusi qurğu aşkar edilərək götürülüb.

Dindirilmə zamanı Seymur Quliyev cinayət əməlini etiraf edib.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb.Həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

скачать dle 12.1

Şərhlər