SON DƏQİQƏ
» » Odessada saxlanılan tankerdəki rus dənizçiləri Ukraynanı tərk ediblər

Odessada saxlanılan tankerdəki rus dənizçiləri Ukraynanı tərk ediblər

Tarix:

26-07-2019, 20:20

/ 1 292 dəfə oxundu.
Odessada saxlanılan tankerdəki rus dənizçiləri Ukraynanı tərk ediblər

Odessanın yaxınlığındakı İzmail limanında saxlanılan tankerdəki rus dənizçiləri Ukrayna ərazisini tərk ediblər. GunAz.az "İnterfax"a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası İnsan Hüquqları üzrə müvəkkil Tatyana Moskalkova ukraynalı həmkarı Lyudmila Denisova istinadən açıqlayıb.

Onun sözlərinə görə, Rusiya gəmisinin ekipajı Moldova sərhədini keçib, oradan isə təyyarə ilə Rusiyaya gedəcək.

Xatırladaq ki, ötən gün Ukraynanın Təhlükəsizlik Xidməti Hərbi Prokurorluqla birlikdə Odessa yaxınlığında Rusiyaya məxsus “Neyma” tankerini saxlayıb. Buna səbəb gəminin Kerç boğazında Ukrayna gəmilərinin yolunu bağlaması olub. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ