SON DƏQİQƏ

Seul KXDR-in iki raket atıldığı açıqlayıb

Tarix:

25-07-2019, 18:10

/ 1 958 dəfə oxundu.
Seul KXDR-in iki raket atıldığı açıqlayıb

 Cənubi Koreya şərq sahillərindən iki raket buraxılışı həyata keçirildiyini açıqlayıb. Bu barədə Cənubi Koreyanın hərbi komandanlığına istinadən "Yonhap" agentliyi məlumat yayıb.

GunAz.az "İnterfaks"a istinadla xəbər verir ki, Cənubi Koreyanın Baş Qərargah Rəisləri Birgə Komitəsinin məlumatına görə, "naməlum raketlərdən biri 5:34-də, digəri isə 5:57-də Vonsan şəhərindən Şərq dənizinə buraxılıb və təxminən 430 kilometr yol qət edib".

"Ordumuz vəziyyəti yaxından izləyir, döyüş hazırlığını qoruyurlar", məlumatda deyilir.

Cənubi Koreya və Amerika xüsusi xidmət orqanları hansı növ mərmi atıldığını təhlil edirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ