SON DƏQİQƏ
» » Bakıda istifadəyə yararsız 205 kq ət aşkarlanıb

Bakıda istifadəyə yararsız 205 kq ət aşkarlanıb

Tarix:

24-07-2019, 19:00

/ 1 206 dəfə oxundu.
Bakıda istifadəyə yararsız 205 kq ət aşkarlanıb

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, növbəti belə tədbir iyulun 23-də Nazirliyin əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Qaradağ rayonu ərazisində keçirilib.
Xocavənd rayon sakini V.Abdullayevin idarə etdiyi “Daewoo Nexia” markalı avtomobilə baxış zamanı salondan və yük yerindən çirklənmiş, istifadəyə tam yararsız vəziyyətdə olan 205 kiloqram çəkidə mal əti aşkar edilərək götürülüb.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ