SON DƏQİQƏ
» » Bakı-Qarsa erməni diversiyası: Separatçılar ayağa qalxdı

Bakı-Qarsa erməni diversiyası: Separatçılar ayağa qalxdı

Tarix:

24-07-2019, 14:20

/ 1 327 dəfə oxundu.
Bakı-Qarsa erməni diversiyası: Separatçılar ayağa qalxdı

23 iyulda Bakı-Tiflis-Qars dəmiryolu magistralı ilə tam həcmli yükdaşıma “işçilərin tətili” görünüşü altında həyata keçirilən faktiki diversiya və sabotajın müşayiəti ilə başladı. Bunların Bakı-Tiflis-Qars layihəsinin gözdən salınması üçün edildiyi və xaricdən koordinasiya olunduğu aydın şəkildə göründü.

GunAz.az xəbər verir ki, bu iddia ilə “Kavkazplus” saytı çıxış edib. Dəmiryolunun Axalkalakidən keçən hissəsində 23 iyulda ermənilər tərəfindən tətil adı altında problemlərin yaradılmasına toxunan sayt insidentin yaranmasında Gürcüstandakı erməni separatçılarının aktiv rolu olduğunu və onların ermənilərə maaş verilməməsi bəhanəsindən məharətlə istifadə etdiyini bildirib:

“Dəmiryolunun qapadılmasının qarşısını almaq üçün “Dəmiryolservis” şirkəti 24 iyul 14:00-a qədər bütün işçilərin maaşlarını 100% ödəcəyi vədini verdi. Nəticədə işçilər etirazları dayandırdılar və vaqonların yüklənməsini davam etdirdilər, amma nəzərdə tutulmamış fasilə yarandı və gələcəkdə bunun təkrarlanmayacağı ilə bağlı zəmanət yoxdur. Faktiki olaraq Cavaxetiyadakı separatçı hərəkat özünün regionda baş verən proseslərə təsir imkanlarını göstərdi. Bu, erməni millətçiləri və Cavaxetiya separatçılarının təkcə Azərbaycan, Türkiyə və Gürcüstan üçün yox, həm də bütün Avrasiya üçün strateji əhəmiyyət daşıyan dəmiryoluna münasibətdə həyata keçirdikləri göstəriş xarakterli aksiya idi”.

Cavaxetiya və yerli sadə ermənilər üçün layihənin dəyərinin böyük olduğunu bildirən sayt həmçinin bunun insanların yaşadıqları bölgələri tərk etməyə imkan vermədiyini də qeyd edib:

“Burada paradoks var. Ermənilər bir tərəfdən bu yolun çəkilməsinə düşmən mövqe tutur, digər tərəfdən isə dəmiryoluna xidmət edən şirkətə ancaq yerli ermənilərin götürülməsini tələb edirlər. Hətta bu şirkətlərin ünvanına guya onların işə yalnız türk və azərbaycanlıları götürəcəyinə dair isterik bəyanatlar da səsləndirilmişdi. Belə millətçi isterik bəyanatlara bəhanə verməmək üçün bu şirkətlərin hamısı, o cümlədən “Dəmiryolservis” işə daha çox erməniləri götürməyə başladı. Nəticədə əvvəldən Bakı-Tiflis-Qars magistralı erməni işçiləri arasında əhval-ruhiyyəyə tam nəzarət edən erməni millətçilər və Cavaxetiya separatçılarından asılı vəziyyətə düşdü”.

Yerli ermənilərə Rusiyaya gedərək qul kimi çalışan soydaş miqrantlarından daha yaxşı vəziyyət yaradıldığını bildirən sayt onların heç də az maaş almadıqlarını vurğulayıb:

“Görünən odur ki, erməni millətçiləri və separatçıları Bakı-Tiflis-Qarsın ciddi şəkildə gözdən salınmasına başlayıblar. Yerli erməniləri provokasiya edərək ən həlledici anda tətilə başlatdılar. Bu, faktiki olaraq diversiya idi. Belə ki, tətil iş prosesində elan edilmir, onun barəsində adətən öncədən xəbərdarlıq edilir. Bu, daha çox sərnişin təyyarəsinin enişindən əvvəl pilotların tətil elan etməsinə bənzəyir.

Mövcud diversiya bu provokasiyanın arxasında hansı güclərin olduğunu deyir. Axı Axalkalakidə dəmiryoluna yaxın, xüsusilə yüksək ödənişin olduğu stabil işi tapmaq mümkünsüzdür. Görünür, separatçı strukturlar erməni işçilərə onlara qarşı sanksiya qoyulacağı və ya qovulacaqları təqdirdə hansısa vədlər veriblər. 23 iyuldakı tətil diversiyası göstərir ki, Cavaxetiyada erməni separatizmi Gürcüstanın ciddi problemidir və əgər onunla mübarizə aparılmasa, o, bundan sonra da Gürcüstana və onun beynəlxalq iqtisadi əməkdaşlığına problemlər yarada bilər”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ