SON DƏQİQƏ
» » Bakıdakı festivalda iştirak edəcək tamaşaçıların - Nəzərinə

Bakıdakı festivalda iştirak edəcək tamaşaçıların - Nəzərinə

Tarix:

20-07-2019, 19:13

/ 1 279 dəfə oxundu.
Bakıdakı festivalda iştirak edəcək tamaşaçıların - Nəzərinə

XV Avropa Gənclər Yay Olimpiya Festivalının nəqliyyat əməliyyatları planına uyğun olaraq daşımalar davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən GunAz.az-a verilən məlumata görə, plana uyğun olaraq festivalın açılış mərasiminə bilet alan tamaşaçıların daşınması iyulun 21-də iki ekspres marşrut xətti vasitəsi ilə həyata keçiriləcək.

a) X1 xətti üzrə avtobuslar (“28 May” m/st. – Bakı Kristal Zalı)

b) X2 xətti üzrə avtobuslar (“Elmlər Akademiyası” m/st. – Bakı Kristal Zalı)

X1 xətti üzrə avtobuslar Səməd Vurğun bağı, Dilarə Əliyeva küçəsindən, X2 xətti üzrə avtobuslar isə Hüseyn Cavid prospekti metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığındakı dayanacaqdan hərəkət edəcək. Ekspres xətt üzrə daşımalara saat 17:30-dan başlanılacaq və mərasim başlayanadək (saat 20:00-dək) davam edəcək.

Mərasim yekunlaşdıqdan sonra Bakı Kristal Zalından əks istiqamətdə daşınma təşkil ediləcək. Mərasimlə əlaqədar olaraq ictimai nəqliyyat gecə 01:00-a qədər fəaliyyət göstərəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ