SON DƏQİQƏ

Bakıda yeni marşrut xətti istifadəyə verilir

Tarix:

27-09-2018, 17:47

/ 10 445 dəfə oxundu.
Bakıda yeni marşrut xətti istifadəyə verilir

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyat xidmətlərindən istifadəsini təmin etmək məqsədi ilə 194 nömrəli müntəzəm marşrut xətti təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən GunAz.az-a verilən məlumata görə, bu marşrut xətti vasitəsilə avtobuslar başlanğıc nöqtəsi Milli Onkoloji Mərkəzin yaxınlığındakı dayanacaq məntəqəsi olmaqla, “Qobu Park” yaşayış kompleksi istiqamətində sərnişinlərin daşınmasını həyata keçirəcək.

Yeni marşrut xətti üzrə avtobuslar 29.09.2018 tarixindən test rejimində fəaliyyət göstərəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ