SON DƏQİQƏ

Mərdəkana yeni marşrut xətti açıldı

Tarix:

7-07-2018, 14:49

/ 10 490 dəfə oxundu.
Mərdəkana yeni marşrut xətti açıldı

Zirə–Mərdəkan qəsəbələri istiqamətində başlanğıc dayanacaq məntəqəsi Zirə qəsəbəsi (Ə.Babayev küçəsi, məscid), son dayanacaq məntəqəsi isə Mərdəkan qəsəbəsi (S.Yesenin küçəsi 106) olmaqla 152 nömrəli müntəzəm marşrut xətti fəaliyyətə başlayıb.

Bu barədə GunAz.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, yeni marşrut xəttinin təşkil edilməsi ilə bağlı qərar, sakinlər adından Xəzər rayonu Zirə bələdiyyəsinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla qəbul edilib.

Marşrut xətti boyunca Yol Hərəkətinin Təşkili şöbəsi tərəfindən əraziyə baxış keçirilib və zəruri dayanacaq məntəqələrinin yerləri müəyyənləşdirilərək müvafiq tədbirlər görülüb.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ