SON DƏQİQƏ

“Azərişıq”da yeni - TƏYİNATLAR

Tarix:

16-07-2019, 16:06

/ 2 044 dəfə oxundu.
“Azərişıq”da yeni - TƏYİNATLAR

“Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təsisatı və Satışı İdarəsində kadr dəyişikliyi olub.

GunAz.az-ın əldə etdiyi məlumata görə, İdarənin Bərdə rayon Elektrik Şəbəkəsinin rəisi Quliyev Ziya Tofiq oğlu vəzifəsindən azad edilib.

Yeni əmrə əsasən, Z.Quliyev Göyçay rayon Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bərdə rayon Elektrik Şəbəkəsinin rəis vəzifəsinə isə Daşdəmirli Fərid Səmid oğlu təyin olunub.

ASC-nin mətbuat xidməti Tanrıverdi Mustafayev məlumatı GunAz.az-a təsdiqləyib.

скачать dle 12.1

Şərhlər