SON DƏQİQƏ
» » Dəhşətli qəza ilə bağlı DANX müraciət yaydı

Dəhşətli qəza ilə bağlı DANX müraciət yaydı

Tarix:

9-07-2019, 13:09

/ 1 915 dəfə oxundu.
Dəhşətli qəza ilə bağlı DANX müraciət yaydı

Dəfələrlə sərnişinlərimizə müntəzəm qanuni daşımalardan istifadə edərək, ancaq avtovağzal və avtostansiyalardan hərəkət edən avtobuslardan istifadə etmələrinin vacib olduğu bildirilsə də, sərnişinlər təəssüflər olsun ki, mənzil başına daha tez çatmaq bəhanəsilə bu cür qeyri-qanuni daşımalardan istifadə edirlər.

GunAz.az xəbər verir ki, bu sözləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bu gün Bakı-Lerik istiqamətində hərəkət edən və qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən Lerik rayon sakini Nizami Mustafayevə məxsus "Mersedes Vito" markalı avtonəqliyyat vasitəsinin Masallı şəhəri yaxınlığında yük avtomobili ilə toqquşması nəticəsində 8 nəfərin dünyasını dəyişməsi hadisəsi ilə bağlı danışarkən deyib. O bildirib ki, dəfələrlə qeyri-qanuni daşımalara qarşı Dövlət Yol Polisi ilə birgə keçirilən monitorinqlər vaxtı qanunsuzluqlar təsbit edilib:

“Bu zaman isə sərnişinlər bu cür işbazları müdafiə edərək, əslində daşınan sərnişinlərin qohum olduqlarını iddia ediblər. Nəticədə bu cür arzuolunmaz hallar yaranır”.

N.Allahyarova sərnişinlərə müraciət edərək deyib ki, respublikanın sərnişin axını sıx müşayiət edilən bütün avtovağzallarında xüsusilə mövsümlə əlaqədar olaraq avtobusların sayı artırıldığı üçün heç bir problem olmadan qanuni daşımalarla səfəri daha təhlükəsiz başa vurmaq mümkündür:

“Təbii ki, qəza hər iki daşıma növü üçün mümkündür. Amma sərnişindaşıma üçün standartlara cavab verməyən bu mikroavtobuslar qəza zamanı ciddi deformasiyaya uğrayır. Odur ki, riskləri nəzərə alaraq, övladlarınızı düşünərək ehtiyatlı olmaqda fayda var!”

N.SAFURA

скачать dle 12.1

Şərhlər