SON DƏQİQƏ
» » "Qəzaya uğrayan mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib" - NAZİRLİK

"Qəzaya uğrayan mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib" - NAZİRLİK

Tarix:

9-03-2017, 18:03

/ 7 167 dəfə oxundu.
"Qəzaya uğrayan mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib" - NAZİRLİK

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün Bakı-Sumqayıt yolunda 5 nəfərin ölümü, 21 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirlikdən Gunaz.az-a verilən məlumata görə, sərnişindaşıma həyata keçirən  "50 BL 132" dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib. Fəciəyə səbəb olan mikroavtobusa Nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən fərqlənmə nişanı verilməyib. Eyni zamanda, nəqliyyat vasitəsi Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədini də almayıb.
Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma ilə məşğul olan bütün avtobuslar Bakı Beynəlxalq Avtovağzalından hərəkət etməlidir. Qəza törədən mikroavtobus isə qeyri-qanuni olaraq metronun "Memar Əcəmi" stansiyası yaxınlığından sərnişindaşıma xidməti göstərib.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ