SON DƏQİQƏ

Çörək ətri qəhətə çıxıb

Tarix:

6-07-2019, 08:14

/ 3 407 dəfə oxundu.
Çörək ətri qəhətə çıxıb

Binəqədi rayonunda yaşayan  bir şəhid ailəsinə baş çəkməyə getmişdim, əslən Laçın rayonunun Minkənd kəndindən olan ,87 yaşlı, şəhid atası , müdrik el ağsaqqalı, minkəndli  Məhəmməd Mürsəloğlu bizi adəti üzrə mehriban qarşıladı .
Laçın rayonunun Minkənd kənd orta məktəbi  vətənimizin azadlığı uğrunda canını qurban vermiş , ərazi bütövlüyümüzü qoruyarkən igidliklər göstərərkən  şəhid olmuş Bayram Məhəmməd oglu Məmmədovun adını daşıyır .
" Bayramsız Laçın, Laçınsız Bayram " kitabını ( 480 səhifəlik ) bu sətirlərin müəllifi şəhidin xatirəsinə həsr etmişdir.  Odur ki, bu mehriban ailə mənə doğma və əzizdir .
Hər gəlişimizdən sevinən  Zərif nənə məni görən kimi deyir : Ay bala, harda qaldın? Necəsən?-  deyərək çox sevinirlər. 
Bu müdrik insanların söhbətlərinə qulaq asmaqdan zövq alıram.
İqtisadçı-alim dostumuz Hacı Zahid kişini də bu ailə ilə tanış etmişəm.
Dünya elmindən xəbərdar olan müdrik insanlardan öyrənməyə çalışırıq .Çay süfrəsi ətrafında  drojla mayalanmış  çörəyin keyfiyyətindən   söhbət salıram . 
12 övlad böyüdüb boya başa çatdırmış qəhrəman, ağbirçək ana  bildirir ki, bala, biz Minkənddə yaşayarkən  su dəyirmanında  buğdanı  üyüdərdik ,  o undan bişirilən çörəyin ətri kəndə yayılardı.Çörək bir həftədən də çox  qalsaydı,  xarab olmazdı, yuxa isə aylarla qalsa da , təravətini də itirməzdi. 
İndi qızım Ağca  xanım  Bakıda  un alıb, xəmir yoğurubdur. Mənə zəng edib ki,  droj vurmadan  xəmiri yovurdum , baxıram ki, xəmir  şişib,acıyıbdır. Çox  məəttəl qaldım. İnsanları məhf edən keyfiyyətsiz undur, drojdur.  Çörəyin içi drojdur .
Droj isə  mədədə həll olunmur. Əvvəllər xəmiri yoğurduqdan sonra ,həmin xəmirdən təxmini 100 qram kəsib növbəti xəmiri acıtmaq ücün  maya ( Qarabağ zonasında  balata  deyirlər ) saxlayardılar. Təndirdə bişirilən çörək iki həftə də qalsa, öz keyfiyyətini itirməzdi.
Bir əsrə yaxın ömür sürən Məhəmməd Mürsəloğlu söhbətimizi daha da şirinləşdirir : " - Çörək bərəkətdir . Yaşadığımız gül- çiçək ətirli Minkənddə 12 su dəyirmanı olub. Çörək üçün buğda  ayrı olardı, həmin buğda yuyulardı, xəlbirlənərdi , toz- torpaqdan təmizlənərdi . Təmiz buğda su dəyirmanında üyüdülərdi.Kəpəyi üzə çıxardı. Bu Zərif nənən külfətimiz çox olduğu üçün  70 kiloqramlıq unu bir dəfəyə  ələyər, yoğurub kündələyərdi  , sonra sacda mal və qoyun peyinindən ocaq qalayardı. Xəmirin yarısını yuxa edərdi, yarısını da yoğurub  əppək yapanla təndirə yapardı. Təndirdə bir tərəfi çiy qalmış çörəyi qarmaqla fırladıb tam bişirəndən sonra təndirin divarından qopardıb  yan-  yana  düzərdi. Bişirilən yuxa, lavaş və kündə çörəyinin ətri kəndə yayılardı. Yağlı motal pendirində yuxanı ,lavaşı dürmək edib yeməyin ayrı ləzzəti var idi.  Çörək bişirilib qurtarandan sonra ət şişə çəkilər və təndirə sallanardı.Hər tərəfi bişmış  pilək kimi yumşaq kababın  dadı- tamı tamam başqa idi.
Təndirdə köz azalanda isə kartofu küldə üstün basdirardıq. Yum yumuşaq bişmiş kartofun əsl dadın hiss edərdik. Bəxtəvər günlərimizi yaşadıgımız bir gündə çörəyimizi yeyən, həyətimizdə işləyən ayagı çarıqlı, yazıgımiz gəldiyı ermənilər bizə birdən- birə qənim kəsildilər, qudurdular . 
Ermənilər,  rus ordusuyla o cür gözəl yurdumuzu, yaylaqlarımızı işgal etdilər . 
Vətənsiz yaşadigımizdan 26 ildən çox vaxt  keçsə də, dogma yurdumuzu,  Qaragölümüzü ,Həkəri cayımızı , min bir ətirli çəmənliklərimizi, dag dərəmizi ,ata baba qəbiristanlıgımızı bir an da olsun  unuda bilmirəm ...
  İndi bişirilən çörəyin xəmirin sıxırsan, əlinə yapışır. Buna tibbdə kartof xəstəliyi deyirlər ki, bu da elmə məlum deyil. İndiki dəyirmanlarda gərək texnologiyaya  düzgün və ciddi nəzarət oluna. Elektrik dəyirmanları buğdanı yandırır, ətri də məhv olur. Bütün xəstəliklər gündəlik tələbatımız olan çörəkdən başlayır . Küçələrə nə qədər kiflənmiş çörəklər atılır. Bakıda kənd adamları həmin çörəkləri kisələrə yığıb mal-heyvana yedirdirlər. Həmin heyvanın əti də, südü də qatığı da  göy ot yeyən heyvanın ətindən də ,qatığından da , südündən də çox fərqlənir.  
Çörəyin qədrin bilməliyik. Əvvəllər çörək yerə düşəndə tez əyilib götürər, öpüb gözümüzün üstünə qoyardıq. İndi kiflənmiş, yapışqanlı çörəyi yerdə görən ana uşağına deyir : - Əlini vurma, " pıxıdı" . Üzümü kənd təsərrüfatı mütəxəssislərinə, çörək istehsalçarına tutub deyirəm: Gündəlik tələbatımız olan 
Çörəyimizin əvvəlki şöhrətini,dadını,ətrini özünə qaytarmalıyıq . Bu həm insanların sağlamlığı üçün vacibdir , həm də axı çörək, ruzi, bərəkət  Qurandan əvvəl  yaranıbdır .  
Xarici ölkələrdən, o cümlədən Çin dövlətindən işbazların ağına - bozuna,  vaxtına ,keyfiyyətinə baxmadan gətirdikləri drojların keyfiyyətinə kim cavabdehdir?
  Zirli- zibilli  tonlarla keyfiyyətsiz, çölə atılan  drojlar una  qatılaraq qarışdırılır, xəmir yoğrulur və  hazırlanan və  orqanizmə  zərər verən  ətirsiz çörəklərdən nə qədər insanlar mədə-bağırsaq, ürək damar və s. xəstəliklərinə tutulurlar .
Əlbəttə ki, bu sahəyə  dövlət nəzarəti daha da  artırılmalıdır.
Biz özümüz  çörək bişirmək üçün yerli buğda əkməliyik , özü də  dədə-baba sortundan. 
Xaricdən gətirilən keyfiyyətsiz məhsullar insanların axırına çıxır, amma bizə vurulan zərbəni  başa düşmürük.
Odur ki xəstəlik günü- gündən artır, apteklərdə isə şıdırığı alver edir . Təki pul gəlsin. Belə yaramaz, ay işbazlar, tamahkarlar !  Xüsusilə də dələduz işbazlar tərəfindən  xaricdən gətirilən  süni düyülər ,  yumurtalar və sair zərərli qida və yeyinti məhsulları  insanları sağalmaz xəstəliklərə mübtəla edir.  Özümüz özümüzə niyə qənim kəsilirik?
Mənşəyi bilinməyən məhsulların ölkəyə gətirilməsi qadagan edilməlidir. 
Puldan ötrü eşşək ətin , it zibilin insanlara yedirdib məhf eləməyin. Ay gömrükdə, polisdə  cibinə nəşə atdırıb işverənlər ! Və sizə şərait yaradanlar! Ol.uyan vicdanınizı oyadın! 
Dünyanın axırı deyil ki?  Xalqa yazığınız gəlsin.
Həyəcan təbili çalmagın vaxtı deyilmi? 
Rauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ