SON DƏQİQƏ
» » Firon Tutanhamonun büstü satıldı - 6 milyon dollara

Firon Tutanhamonun büstü satıldı - 6 milyon dollara

Tarix:

5-07-2019, 11:02

/ 1 345 dəfə oxundu.
Firon Tutanhamonun büstü satıldı - 6 milyon dollara

Firon Tutanhamonun daşdan hazırlanmış büstü hərracda 5,97 milyon dollara satılıb.

Kommersant” xəbər verir ki, bununla belə, Misir hakimiyyəti büstün geri qaytarılmasını tələb edərək hərracın keçirilməsinə qarşı çıxıb.

Hərracda firon Tutanhamonun üz cizgilərinin olduğu qədim Misir tanrısı Amonun heykəlinin baş hissəsi də satışa çıxarılıb. Büst qəhvəyi kvarsitdən hazırlanıb və hündürlüyü 28,5 santimetrdir.

Büstün alıcısının adı açıqlanmır.

Xatırladaq ki, Misir hakimiyyətinin 1983-cü ildə qəbul etdiyi qanun ölkədən tarixi əşyaların çıxarılmasını qadağan edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ