SON DƏQİQƏ
» » Bu şəxslərə 50 min manat veriləcək - Sərəncam

Bu şəxslərə 50 min manat veriləcək - Sərəncam

Tarix:

4-07-2019, 18:45

/ 991 dəfə oxundu.
Bu şəxslərə 50 min manat veriləcək - Sərəncam

Prezident İlham Əliyev Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

GunAz.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

- birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;

- ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat;

- üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun şəxsi məşqçisinə 10 min manat;

- milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə);

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Teleqraf.com

скачать dle 12.1

Şərhlər