SON DƏQİQƏ
» » Bankların qanunsuzluğu: 500 avro “gəlir yerinə” çevrilib

Bankların qanunsuzluğu: 500 avro “gəlir yerinə” çevrilib

Tarix:

4-07-2019, 13:26

/ 1 846 dəfə oxundu.
Bankların qanunsuzluğu: 500 avro “gəlir yerinə” çevrilib

Bu gün banklarımızda 500 avroluq əsginazın götürülməməsi bir müddət əvvəl Avropa Mərkəzi Bankının zamanla 500 avroluq əsginazı dövriyyədən çıxaracağı ilə bağlı verdiyi açıqlamadan irəli gəlir. Ancaq bunun heç bir qanuni əsası yoxdur.

Bu sözləri GunAz.az-a iqtisadçı ekspert Natiq Cəfərli son günlər ölkədə fəaliyyət göstərən əksər bankların 500 avroluq əsginazı götürməkdən imtina etməsi və bunun səbəbləri ilə bağlı danışarkən deyib.

Ekspert bildirib ki, hələ 500 avroluq əsginazın dövriyyədən yığışdırılması prosesi başlamayıb:

“Bir müddət əvvəl Avropa Mərkəzi Bankının açıqlaması olmuşdu ki, yavaş-yavaş 500 avroluq əsginaz dövriyyədən yığışdırılır. Yerli bankların atdığı addım da bununla əlaqədar ola bilər. Ancaq hələ bu proses başlamayıb. Bu, 10 ilə də ola bilər, 15 ilə də. Yəni sonuncu 500 avro Avropa Mərkəzi Bankına daxil olana qədər heç bir məhdudiyyət qoyulmadan dövriyyədə olacaq.

Sadəcə, artıq 500 avro əsginazların yeniləri buraxılmır artıq. Həmçinin banka daxil olanlar da yenidən dövriyyəyə buraxılmır”.

N.Cəfərli bildirib ki, hazırda bəzi yerli banklar bu əsginazı əlavə rüsum qarşılığında qəbul edir:

“Azərbaycanda bu pulların banklar tərəfindən qəbul edilməməsi və götürülməməsinin heç bir əsası yoxdur. Bu, süni şəkildə yaradılmış bir əngəldir. Hesab edirəm ki, bankların əksəriyyəti bunu həmin pulların dəyişdirilməsi və xırdalanması zamanı əlavə qeyri-qanuni gəlir üçün edir. Yəni bir ajiotaj yaransın ki, 500 avroluq əsginazlar daha işləmir və onları banklarda qəbul elətdirmək üçün ya aşağı kursla qəbul edib daha çox pul qazansınlar, ya da vətəndaşlardan əlavə rüsum tələb etsinlər”.

İqtisadçı bildirib ki, bu hal qeyri-qanuni olsa da, artıq bəzi banklarda 500 avroluq əsginazlar daha aşağı məzənnə ilə dəyişdirilir və ya xırdalanması üçün əlavə vəsait tələb olunur.

скачать dle 12.1

Şərhlər