SON DƏQİQƏ

SOCAR da qonşuda benzini bahalaşdırdı

Tarix:

3-07-2019, 17:13

/ 1 311 dəfə oxundu.
SOCAR da qonşuda benzini bahalaşdırdı

Gürcüstanda fəaliyyət göstərən neft şirkətlərinin böyük hissəsi yanacaq qiymətlərini yüksəldib.

GunAz.az xəbər verir ki, buna səbəb kimi milli valyutanın dəyər itirməsi göstərilib.

Neft Məhsulları İdxalçıları İttifaqının məlumatına görə, son dövrlərdə beynəlxalq yanacaq qiymətləri də yüksəlib.

“REGULAR” (А-92) markalı benzinin qiyməti 5 tetri artıb. SOCAR-ın Gürcüstandakı şəbəkəsində yeni qiymət 2.48 lari, “Vissol” şirkətində 2.54 lari, “Lukoyl”da 2.46 lari, “Qalf”da isə 2.54 lariyə bərabər olub.

Digər benzin növləri və dizel yanacağının qiyməti 3-6 tetri artıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ