SON DƏQİQƏ
» » Azərbaycanda 98 markalı benzinin satışı bu səbəbdən dayandırıldı

Azərbaycanda 98 markalı benzinin satışı bu səbəbdən dayandırıldı

Tarix:

14-11-2017, 08:52

/ 1 030 dəfə oxundu.
Azərbaycanda 98 markalı benzinin satışı bu səbəbdən dayandırıldı

Yanacaqdoldurma məntəqələrində “Aİ-98” super markalı benzinin satışı dayandırılıb.

Gunaz.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, bu markalı benzini ölkəyə gətirən və satan “SOCAR Petrolium” şirkətinin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli bildirir ki, yanacağın satışının dayandırılmasına səbəb onun alındığı ölkələrdə qiymətlərin bahalaşmasıdır:

"Şirkətin həmin ölkələrlə qiymət məsələsi ilə bağlı danışıqları uzandığına görə Aİ-98 super markalı benzinin gətirilməsi hələ ki, dayandırılıb".

Şirkət rəsmisinin sözlərinə əsasən,  yanacağın ölkəyə gətirilməsi bərpa olunana qədər sürücülər “Aİ 95” kimi tanınan “Premium” markalı benzindən istifadə edə bilərlər.

Onun sözlərinə görə, “Aİ-98 super” markalı benzin xarici ölkələrdən baha qiymətə alınsa belə, onun satış qiymətində artım olmayacaq.

Qeyd edək ki, “Aİ-98 super” markalı benzin Azərbaycanda istehsal olunmur. Bu markalı benzin ölkəmizə Bolqarıstan, Belarus və Rumıniyadan idxal edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ