SON DƏQİQƏ

Son 10 il ərzində... - Mehriban Əliyeva

Tarix:

1-07-2019, 21:33

/ 1 321 dəfə oxundu.
Son 10 il ərzində... - Mehriban Əliyeva

Azərbaycanın YUNESKO-nun dəyərlərinə və ideallarına bağlılığı onun milli hüdudlarından kənarda da öz təzahürünü tapır. Son 10 il ərzində dünya mədəni irsinin qorunması sahəsində apardığımız fəaliyyətin coğrafiyası geniş olub.

GunAz.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində deyib.

“Bununla belə, müharibələr və hərbi münaqişələr bəşəriyyətin mədəni irsinə hər zaman ciddi təhdid olub”, - deyən Birinci vitse-prezident qeyd edib ki, hərbi təcavüz nəticəsində, eləcə də beynəlxalq hüququ və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini, o cümlədən Dağlıq Qarabağı və yeddi ətraf regionu bu gün də işğal altında saxlamaqda davam edir. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər və digər dini məbədlər dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. Bu səbəbdən Azərbaycan mədəniyyət mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli icrasında çox maraqlıdır. “Düşünürəm ki, bu sahədə görüləcək işlər hələ də çoxdur və YUNESKO bu baxımdan mühüm rol oynamalıdır”, - deyə Mehriban Əliyeva əlavə edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ