SON DƏQİQƏ
» » Prokurorluqda işə qəbul olmaq istəyənlərin - Nəzərinə

Prokurorluqda işə qəbul olmaq istəyənlərin - Nəzərinə

Tarix:

1-07-2019, 20:24

/ 1 771 dəfə oxundu.
Prokurorluqda işə qəbul olmaq istəyənlərin - Nəzərinə

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş prokurorluq orqanlarına işə qəbulun aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında və beynəlxalq tələblər səviyyəsində aparılmasını müəyyən edən “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq, Baş Prokurorluq tərəfindən elan olunmuş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən GunAz.az-a bildiriblər ki, müsabiqənin ilkin mərhələsi olan test imtahanında istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan - Azərbaycan Respublikasının Konstitusiyası, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya, Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar, Mülki, Mülki-Prosessual, Əmək məcəllələri, “Normativ hüquqi aktlar haqqında”, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarından istifadə ediləcəyi namizədlərin diqqətinə çatdırılır.

Əlavə məlumat almaq üçün 492-06-82, 492-74-32, 492-62-23 və 437-28-56 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ