SON DƏQİQƏ

86 nəfər prokurorluqda işə qəbul olundu

Tarix:

29-08-2018, 15:47

/ 10 343 dəfə oxundu.
86 nəfər prokurorluqda işə qəbul olundu

Azərbaycan prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq prokurorluq orqanlarına  işə qəbul olunmaq istəyən şəxslər üçün elan olunmuş müsabiqəyə yekun vurulub. 

Prokurorluqdan GunAz.az -a verilən məlumat görə, müsabiqənin sonuncu mərhələsinə buraxılmış 96 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə 2018-ci il avqustun 13-dən 21-dək Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilib.

Müsabiqənin nəticələrinə görə “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları” ilə müəyyənləşdirilmiş keçid balını toplamış 86 namizəd 30 avqust 2018-ci il tarixdən Ədliyyə Akademiyasında (Bakı şəhəri, Vidadi küçəsi 158) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər.

скачать dle 12.1

Şərhlər