
Mingəçevir Su Elektrik Stansiyasında (SES) tüstülənmə baş verib.
Fövqəladə Hallar Nazirliyindən GunAz.az-a bildirilib ki, SES-də kiçik texniki hadisə olub, lakin heç bir təhlükəli məqam yaşanmayıb.
Stansiyada yaranmış problem tez bir zamanda aradan qaldırılıb.
Təhlükəsizlik məqsədilə şəhərin bəzi ərazilərinə elektrik verilişi qısa müddətli dayandırılıb.