SON DƏQİQƏ

“Ganclik Mall”da işıqlar söndü

Tarix:

24-01-2019, 16:09

/ 10 258 dəfə oxundu.
“Ganclik Mall”da işıqlar söndü

“Ganclik Mall” ticarət mərkəzində işıqlar sönüb. 

GunAz.az xəbər verir ki, bu barədə hazırda ticarət mərkəzində olan vətəndaşlar məlumat verib.

Onlar bildiriblər ki, sözügedən səbəbdən bütün müştərilər mağazalardan çıxarılıb. Lift, təhlükəsizlik sistemi və eskalatorlar fəaliyyətini dayandırıb.

“Ganclik Mall”un məlumat mərkəzindən bildirilib ki, texniki səbəblərdən hazırda bir neçə mağazanın işığı sönüb:

“Hazırda iş gedir, yaxın müddət ərzində problemin aradan qaldırılacağı gözlənilir. Giriş və çıxışda heç bir problem yoxdur, eskalator, lift və mağazalar fəaliyyət göstərir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ