SON DƏQİQƏ
» » Tələbələrimiz sualları oğurladı, imtahan ləğv edildi

Tələbələrimiz sualları oğurladı, imtahan ləğv edildi

Tarix:

25-06-2019, 14:52

/ 1 889 dəfə oxundu.
Tələbələrimiz sualları oğurladı, imtahan ləğv edildi

Fransanın keçirdiyi Milli Riyaziyyat Olimpiadasının suallarının Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri tərəfindən oğurlanması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə məlumat GunAz.az-a təhsil eksperti Kamran Əsədovun sözügedən olimpiadanın suallarının tələbələr tərəfindən oğurlanması barədə iddialarına cavab olaraq Azərbaycan-Fransız Universitetindən verilib. Universitetdən bildirilib ki, tələbələr universitetin öz daxili imtahanlarının, yəni semestr imtahanlarının suallarını oğurlayıb:

“Semestr imtahanlarının suallarını sistemdən oğurlayan ikinci kurs tələbələri olub və bu məsələ dəqiq araşdırıldıqdan sonra onlar cəzalandırılacaq. Suallar oğurlanması səbəbiylə universitetin iki imtahan ləğv olunub və yenidən keçirilməsi nəzərdə tutulub. Fransanın Milli Riyaziyyat Olimpiadası suallarının oğurlanması isə yalan məlumatdır. Universitetimizdə belə hadisə baş verməyib. Əksinə, 10 tələbəmiz Fransada 500-dən çox iştirakçı arasında ilk 100-lükdə yer alıb. Bir tələbəmiz Ləman 500-dən çox iştirakçı arasında 4-cü, qızlar arasında isə 1-ci olub. Bu, çox yüksək və uğurlu nəticədir”.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov Azərbaycan-Fransız Universitetinin (UFAZ) bir qrup tələbəsinin imtahan sisteminə qanunsuz müdaxilə edərək, Fransanın keçirdiyi Milli Riyaziyyat Olimpiadasının riyaziyyat və fizika fənni üzrə suallarını oğurlamaları barədə məlumat paylaşıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ