SON DƏQİQƏ

Neft qiyməti kritik həddə düşsə... - Ekspert

Tarix:

21-06-2019, 15:30

/ 1 352 dəfə oxundu.
Neft qiyməti kritik həddə düşsə... - Ekspert

Neftin qiymətinin 60 dollardan aşağı düşməsi büdcə baxımından Azərbaycan üçün arzuolunan deyil.

Bu sözləri GunAz.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov neftin qiymətinin 60 dollardan aşağı enəcəyi ilə bağlı səsləndirilən fikirlər haqda danışarkən deyib.

O bildirib ki, neftin qiyməti 60 dollardan aşağı ensə də, bu, Azərbaycanın sosial xərclərinə təsir etməyəcək:

“Hazırda dünya bazarında “Brent” 65 dolları keçib. Son günlər neftin qiymətində kəskin enmələrdən sonra artıq bazarlarda qiymət artımı müşahidə olunur. Azərbaycanda 2019-cu ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 60 dollar nəzərdə tutulub. Hazırda qiymət 60 dollardan yüksəkdir və hələlik heç bir narahatlıq yoxdur. Qiymətin 60 dollardan aşağı düşməsi nəticə etibarilə büdcə gəlirlərimizə mənfi təsir göstərəcək. Çünki bu, büdcədə proqnozlaşdırılan gəlirin əldə edilməsinə imkan verməyə bilər. Lakin mövcud qiymətlərlə Azərbaycan büdcə siyasətini proqnozlaşdırdığı kimi davam etdirmək imkanlarına malikdir. Hər bir halda neft qiymətinin 60 dollardan aşağı enməsi Azərbaycanın sosial xərclərinə təsir etməyəcək. Çünki ölkəmizdə qəbul olunan qərara əsasən sosial xərclər azaldıla bilməz”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ